Tətbiqin silinməsi
Tətbiqin yanında silmə düyməsini seçin və əməliyyatı təsdiqləyin.
Tətbiqin silinməsi onun məlumatlarını da silə bilər. Bu əməliyyatı avtomatik geri qaytarmaq olmur. Lazım olan faylları və bazanı əvvəlcədən ayrıca yükləyin; tətbiqin bütün məlumatlarının ehtiyat nüsxəyə daxil olduğunu yoxlamadan buna güvənməyin.
Tətbiqə domen bağlı idisə, domen adi veb-hostinqə qayıdır.
Silinmə tamamlandıqda tətbiqin istifadə etdiyi yaddaş və tətbiq sayındakı yer boşalır.